XƏBƏRLƏR / Münaqişə

ABŞ Rusiyanın enerji sektoruna yeni sanksiya hazırlayır

Bu barədə Bloomberg mənbələrinə istinadən xəbər verir

ABŞ Rusiyanın enerji sektoruna yeni sanksiya hazırlayır
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Bloomberg mənbələrinə istinadən xəbər verir ki, Ukrayna üçün sülh razılaşması əldə edilməsə, ABŞ Rusiyanın enerji sektoruna qarşı yeni sanksiyalar hazırlayır.

    Nəşrin məlumatına görə, ABŞ neft daşımaq üçün istifadə edilən Rusiyanın "kölgə" tanker donanmasına məxsus gəmilərə zərbə endirmək də daxil olmaqla müxtəlif variantları nəzərdən keçirir.

    Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Kreml hələlik ABŞ-ın yeni anti-Rusiya sanksiyaları tətbiq etmək planları ilə bağlı heç bir nəşr görməyib, lakin Vaşinqtondakı bir sıra ofislərdə belə planların mövcudluğundan xəbərdardır.