XƏBƏRLƏR / Münaqişə

Tramp İsraillə HƏMAS arasında razılıq haqda

Bu barədə o, özünün "Truth Sosial" şəbəkəsində yazıb

Tramp İsraillə HƏMAS arasında razılıq haqda
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Tramp bildirib ki, İsrail və HƏMAS sülh planının birinci mərhələsi ilə bağlı saziş imzalayıblar.

    "İsrail və HƏMAS-ın sülh planımızın birinci mərhələsini imzaladığını elan etməkdən qürur duyuram. Bu o deməkdir ki, bütün girovlar çox tezliklə azad olunacaq və İsrail qalıcı, davamlı və əbədi sülhə doğru ilk addımlar kimi öz qüvvələrini razılaşdırılmış xəttə çəkəcək. Bütün tərəflərə ədalətli davranılacaq!

    Bu, ərəb və müsəlman dünyası, İsrail, bütün ətraf ölkələr və ABŞ üçün əla gündür və biz bu tarixi və misli görünməmiş hadisəni mümkün etmək üçün bizimlə işləyən Qətər, Misir və Türkiyədən olan vasitəçilərə təşəkkür edirik.

    MÜBARƏK SÜLHMƏRAMLILAR!"

    HƏMAS ilə razılaşmanın bir hissəsi olaraq, İsrail “güclü, davamlı və daimi sülhə doğru ilk addım olaraq” öz qoşunlarını razılaşdırılmış xəttlərə çəkəcək.

    İsraillə HƏMAS arasında müqavilə imzalandıqdan sonra girovlar azad ediləcək.