Kiyevdə Təhlükəsizlik Xidməti rəisinin iş otağıı vurulub
Zelenski Rusiyanın bu zərbəsinə “adekvat və nəzərəçarpacaq” cavab verməyi əmr edib
Bu gün Rusiya ordusu Kiyevdəki SBU (Ukrayna Təhlükəsizlik Xidməti) binasına hücum edib.
Bu barədə "RBC-Ukrayna" prezident Volodimir Zelenskinin açıqlamasına istinadən məlumat yayıb.

Zelenski qeyd edib ki, dron hücumunun hədəfi birbaşa Ukrayna Təhlükəsizlik Xidmətinin rəhbəri Aleksandr Pokladın iş kabineti olub. Ukrayna lideri Aleksandr Pokladla danışdığını diqqətə çatdırıb.

O, Rusiyanın bu hücumuna lazımi şəkildə, həm də mümkün olduğu halda “güzgü effekti” ilə cavab verilməsi üçün Pokladı təlimatlandırıb.
Zelenski vurğulayıb ki, Ukrayna ordusu bunu dəstəkləyəcək.
Ukrayna Prezidentinin sözlərinə görə, hüquq-mühafizə orqanları hadisə yerindədir və zərərçəkənlər lazımi yardımla təmin olunacaq.
Qeyd edək ki, dron hücumu zamanı Aleksandr Poklad ofisində olmayıb.
1 dəqiqədən az