XƏBƏRLƏR / Münaqişə

Rusiyanın Omsk Neft Emalı Zavoduna dronlar hücum edib

Omsk şəhəri Ukrayna sərhədindən 2500 km məsafədə yerləşir

Rusiyanın Omsk Neft Emalı Zavoduna dronlar hücum edib
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Ukrayna sərhədindən 2500 km məsafədə yerləşən Omsk Neft Emalı Zavoduna dronlar hücum edib.

    Bu barədə Ukrayna monitorinq qrupları məlumat verib.

    Bu, Rusiyanın ən böyük neft emalı zavodudur. Onun gücü ildə 21 milyon tondan çox neft emalı təşkil edir.

    Omsk vilayətinin qubernatoru Vitali Xotsenko özünün Telegram kanalında "hava hücumundan müdafiə qüvvələrinin düşmənin dron hücumunu dəf etməyə davam etdiyini" və "vəziyyətin nəzarət altında olduğunu" yazıb və insanları "yalnız rəsmi mənbələrə etibar etməyə" çağırıb.