Tramp Hörmüz boğazını ABŞ-ın yeni ərazisi elan etdi
Bununla bağlı xəritəni ABŞ Prezidenti “Truth Social” hesabında yerləşdirib YENİLƏNİB
16:10
İranın xarici işlər nazirinin müavini Kazım Qəribabadi ABŞ Prezidenti Donald Trampın Hörmüz boğazının ABŞ ərazisi kimi təsvir olunduğu fotonu paylaşmasına münasibət bildirib.
Qəribabadi “X” hesabında bununla bağlı paylaşım edib.
Əraqçinin müavini Trampın yayımladığı xəritədə Fars körfəzinin adının yazılışına diqqət çəkib.
“Tramp Fars körfəzinin adını düzgün yazdığı kimi, onun Hörmüz boğazı ilə bağlı illüziyası tezliklə düzəldiləcək və ya biz bu illüziyanı quran adamın illüziyalarını düzəldəcəyik”, - Qəribabadi bildirib.
Qeyd edək ki, Tramp “Truth Social” Hörmüz boğazının ABŞ ərazisi kimi təqdim olunduğu xəritənin fotosunu yayımlayıb.
***
15:51
ABŞ Prezidenti Donald Tramp Hörmüz boğazının ABŞ-ın yeni ərazisi kimi təqdim olunduğu xəritənin fotosunu yayımlayıb.
Xəritə “Truth Social” hesabında yerləşdirilib.
Qeyd edək ki, Tramp bundan əvvəl tezliklə Hörmüz boğazını ABŞ ərazisi elan edəcəyini bildirmişdir.
1 dəqiqə