
09:39
İranın dövlət radio və televiziyasının (IRIB) üç əməkdaşı İsrailin raket zərbəsi nəticəsində ölüb.
Bu barədə “Fars” agentliyi məlumat yayıb.
***
06:03
İranın dövlət radio və televiziyasının (IRIB) əməkdaşı İsrailin raket zərbəsi nəticəsində həlak olub.
Bu barədə İranın dövlət radio və televiziya şirkəti özünün "Telegram" kanalında məlumat yayıb.
“İran İslam Respublikasının Səsi” katibliyinin əməkdaşı Məsumə Əzimi İsrailin zərbəsindən sonra partlayış dalğası nəticəsində həlak olub”, - paylaşımda bildirilir.
Qeyd edək ki, İsrail ötən gün İranın əsas teleradio yayımı şirkəti olan IRIB-in binasına zərbələr endirib. IRIB-nin ictimaiyyətlə əlaqələr şöbəsi radio və televiziya xidmətlərində mümkün fasilələr barədə xəbərdarlıq edib. Hücum anı canlı yayımda lentə alınıb.
***
16 iyun 2025-ci il
20:03
İran Dövlət Televiziyasının (İRİB) binası raketlə vurulub.
Hücum efirdə canlı yayım zamanı baş verib.
Hücum zamanı xəbərlər proqramı canlı yayımda efirdə olub.
Xanım aparıcı studiyanı yarımçıq tərk etmək məcburiyyətində qalıb.
IRIB-də canlı proqramlar qısa müddətə dayandırılıb, lakin bir neçə dəqiqədən sonra normala qayıdıb..
Nə qədər adamın yaralandığı və ya öldüyü açıqlanmayıb.