Rusiya Xankəndi və Bakı arasında ABŞ-ın vasitəçiliyi barədə
"RİA Novosti" ABŞ-ın Xankəndiyə təzyiq göstərməsi haqqında yazır
Rusiya Xarici İşlər Nazirliyi "RİA Novosti"yə ABŞ-ın Xankəndiyə guya təzyiq göstərməsi ilə bağlı öz məlumatlarını şərh edib.
“Rusiya ABŞ-ın Bakı və Xankəndi arasında dialoqda vasitəçilik xidmətlərini tətbiq etməyə çalışması ilə bağlı məlumatlardan narahatdır (o cümlədən hədə-qorxu ilə), bu, amerikalı vasitəçilərin adekvatlığına dair suallar yaradır”, - XİN-dən agentliyə bildiriblər.