XƏBƏRLƏR / Münaqişə

Naxçıvan istiqamətində mövqelərimiz atəşə tutulub

Müdafiə Nazirliyi xəbər verir

Naxçıvan istiqamətində mövqelərimiz atəşə tutulub
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • İyunun 16-sı saat 09:15-də Ermənistan silahlı qüvvələrinin bölmələri Vedi rayonunun Arazdəyən yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Ordumuzun Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Heydərabad yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan atəşə tutub.

    Azərbaycan Ordusunun bölmələri tərəfindən cavab tədbirləri görülür.