İsrail və HƏMAS üç günlük atəşkəs barədə razılığa gələ bilər
Bu barədə ərəbdilli telekanallar xəbər yayır

Əl-Ərəbiyyə və Əl-Hədas telekanallarına mənbələr bildiriblər ki, İsrail və HƏMAS hər iki tərəfdən 50 girovun azad edilməsi ilə üç günlük atəşkəs barədə razılığa gələ bilər.
Mənbələr həmçinin bildiriblər ki, İsrail razılaşmanın bir hissəsi olaraq BMT-nin nəzarəti altında Qəzza zolağına məhdud miqdarda yanacaq idxal etməyə razılaşıb. Mənbələr əlavə edib ki, İsrail atəşkəslə razılaşmaq üçün Amerikanın sərt təzyiqi altındadır.