XƏBƏRLƏR / Münaqişə

Qəzzaya yardım aparan gəmidə 2 Azərbaycan vətəndaşı olub

Pərvin Əzimov və Orxan Səmədzadə ekipaj üzvləridir

Qəzzaya yardım aparan gəmidə 2 Azərbaycan vətəndaşı olub
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Oktyabrın 8-də Qəzzaya humanitar yardım aparan gəmidə saxlanılan Azərbaycan vətəndaşlarının Türkiyəyə geri qayıtması nəzərdə tutulur.

    Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə məlumat verib.

    O qeyd edib ki, saxlanılan şəxslər arasında olan iki nəfər Azərbaycan vətəndaşı - Pərvin Əzimov və Orxan Səmədzadə ekipaj üzvləridir və onlar Türkiyədə çalışırlar.

    "İsraildəki səfirliyimiz tərəfindən görülən tədbirlər nəticəsində onların azad edilərək öz istəkləri əsasında Türkiyəyə geri qayıtması nəzərdə tutulur", - XİN rəsmisi bildirib.