XƏBƏRLƏR / Münaqişə

II Qaregin Allahşükür Paşazadədən kömək istədi

Bu məlumatı Ermənistan KİV-ləri dərc edib

II Qaregin Allahşükür Paşazadədən kömək istədi
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Ermənistandakı Eçmiəzdin kilsəsi, o cümlədən bütün ermənilərin katalikosu II Qaregin Laçın yolunda yaranmış vəziyyətlə bağlı xristian kilsələrinin rəhbərlərinə, beynəlxalq və kilsələrarası təşkilatlara müraciətlər göndərib. Ermənistan KİV-lərində dərc olunan məlumatda II Qareginin Laçın yolunun açılması üçün kömək istədiyi bildirilir.

    Bütün ermənilərin katalikosu həmçinin, Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadəni humanitar çağırışlar naminə müvafiq addımlar atmağa çağırıb.