XƏBƏRLƏR / Münaqişə

SEPAH indi də Meloniya Trampı öldürmək istəyir VİDEO

Bu barədə Keşikçilərə aid "Tasnim" xəbər agentliyi videotəlimat yayımlayıb

SEPAH indi də Meloniya Trampı öldürmək istəyir  VİDEO
  • Oxuma müddəti:

    1 dəqiqə

  • SEPAH mediası indi də ABŞ-ın birinci xanımı Melaniya Trampa hədə-qorxu gəlir.

    İran xəbər agentliyi "Tasnim" ABŞ-ın birinci xanımı Melaniya Trampa qarşı birbaşa təhdidləri özündə əks etdirən "Melaniyanı harada öldürmək olar?" başlıqlı  VIDEO yayımlayıb.

    Videonun yaradıcıları onun vərdişlərini və təhlükəsizlik tədbirlərini təhlil edərək, bu məlumatı mümkün hücum üçün bələdçi kimi təqdim edirlər.

    Videoda iddia olunur ki, Melaniya Trampın modaya olan marağı onu həssas edə bilər. Orada tez-tez getdiyi Nyu-York mağazalarının adları çəkilir, hərəkətləri haqqında təfərrüatlar verilir və onun təhlükəsizliyinin Prezident Trampın təhlükəsizliyindən ayrı olduğu iddia edilir.

    Videoda həmçinin prezidentin oğlu Barron Trampa qarşı da təhdid var. Dizaynına görə, videonun böyük hissəsi süni intellektdən istifadə edilərək yaradılıb.

    Dərc olunduğu vaxtdan (27.07.2026) bəri Ağ Ev və birinci xanım bu barədə heç bir açıqlama verməyiblər.