XƏBƏRLƏR / Münaqişə

Rusların yanacaqdaşıyan maşınları aksiya ərazisindən keçdi

Rusların yanacaqdaşıyan maşınları aksiya ərazisindən keçdi
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Azərbaycanın Şuşa rayonunun ərazisindən keçən Laçın-Xankəndi yolunda təşkil olunan aksiyanın 78-ci günündə də Rusiya sülhməramlılarına məxsus avtomobillər ərazidən maneəsiz hərəkət edirlər.

    Saat 11 radələrində sülhməramlılara məxsus dörd yanacaqdaşıyan avtomobilin Laçın istiqamətinə, 1 yük avtomobilinin isə Xankəndi istiqamətinə sərbəst hərəkətinə şərait yaradılıb.

    Bu, bir daha onu göstərir ki, aksiya humanitar məqsədlərə xidmət edir.

    Qeyd edək ki, Ermənistan mətbuatında yayılan və etirazçıların guya Laçın-Xankəndi yolunu bağladıqları və təminat avtomobillərini buraxmadıqları ilə bağlı xəbərlər qarşı tərəfin növbəti dezinformasiyasıdır.