"Danışıqlar zamanı tamahkarlıq və blokada təhdidləri olub"
Bunu ABŞ-la danışıqlarda iştirak edən İranın XİN rəhbəri Abbas Əraqçı deyib
İranın xarici işlər naziri Abbas Əraqçi İslamabadda ABŞ-la keçirilən danışıqlar haqda təəsüratlarını "X" şəbəkəsindəki hesabında bölüşüb:
"47 ildən sonra ilk dəfə keçirilən ən yüksək səviyyədə gərgin danışıqlar zamanı İran müharibəyə son qoymaq üçün ABŞ ilə xoşməramlı münasibətlər qurdu.
Amma "İslamabad Sazişi"nin imzalanmas;na cəmi bir neçə addım qalanda tamahkarlıq, məqsədlərin daim dəyişməsi və blokada təhdidləri ilə qarşılaşdıq.
Görünür, heç bir dərs çıxarılmır.
Xoşməramlılıq xoşməramlılıq doğurur; düşmənçilik isə düşmənçiliyi".
1 dəqiqədən az