XƏBƏRLƏR / Münaqişə

Rusiya Ukraynaya Azərbaycandan qaz gələn kəməri vurdu

Ukrayna Orlovka qaz-kompressor stansiyasının zədələnməsini təsdiqləyib YENİLƏNİB

Rusiya Ukraynaya Azərbaycandan qaz gələn kəməri vurdu
  • Oxuma müddəti:

    1 dəqiqə

  • 15:35

    Ukraynanın Energetika Nazirliyi Odessa vilayətindəki Orlovka qaz-kompressor stansiyasının zədələnməsini təsdiqləyib.

    Bu stansiya Yunanıstanın LNG terminallarını Ukraynanın qaz anbarları ilə birləşdirən marşrutun bir hissəsi kimi istifadə edilib.

    Bu marşrut artıq ABŞ-dan mayeləşdirilmiş təbii qaz və Azərbaycan qazının sınaq həcmlərini də tədarük edib.

    ***

    11:17

    Rusiya Ukraynaya tədarüklə bağlı qaz kəmərini vurub.

    Avqustun 5-nə keçən gecə Odessa vilayətində, Orlovka və Novoselskoye qəsəbələri yaxınlığında Geran tipli pilotsuz təyyarələrin zərbələri qeydə alınıb. İlkin məlumata görə, hücumun hədəfi Ukrayna magistral qaz kəmərləri sistemində mühüm obyekt olan Orlovka qaz-kompressor stansiyası olub.

    Məhz bu stansiya vasitəsilə qaz həm Avropaya tranzit edilir, həm də Ukrayna ərazisinə əks tədarük edilir. Hərbi müxbirlərin qeyd etdiyi kimi, obyekt Azərbaycan qazının tədarükünə dair Bakı və Kiyev arasında bu yaxınlarda bağlanmış müqavilə çərçivəsində istifadə edilib.

    Stansiyaya dəyən ziyan həm Ukraynanın enerji təhlükəsizliyinə, həm də Azərbaycan və Ukrayna arasında energetika sahəsində sazişlərin icrasına təsir göstərə bilər.