Polşa ölkədə NATO qoşunlarının yerləşdirilməsini təsdiqləyib
Prezident Karol Navroçki bu addımı Rusiyanın pilotsuz təyyarələrinin işğalına cavab olaraq atıb

Polşa prezidenti Rusiyanın pilotsuz təyyarələrinin işğalına cavab olaraq bu ölkədə NATO qoşunlarının yerləşdirilməsini təsdiqləyib.
Respublikanın Milli Təhlükəsizlik Bürosunun məlumatına görə, Karol Navroçki "Şərq Gözətçisi" əməliyyatı çərçivəsində NATO qüvvələrinin Polşa ərazisində olmasına icazə imzalayıb.
Eyni zamanda Büroda qeyd ediblər ki, prezidentin sərəncamı məxfi xarakter daşıyır.