XƏBƏRLƏR / Münaqişə

Rusiyanın 6 hava limanında uçuşlar dayandırılıb

Bu barədə şənbə günü Rusiyanın Federal Hava Nəqliyyatı Agentliyi məlumat yayıb

Rusiyanın 6 hava limanında uçuşlar dayandırılıb
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Rusiyada Vladiqafqaz, Kazan, Kaluqa, Nijnekamsk, Saratov və Ulyanovsk hava limanları müvəqqəti olaraq reysləri qəbul etmir və göndərmir.

    “İnterfaks” xəbər verir ki, bu barədə şənbə günü Rusiyanın Federal Hava Nəqliyyatı Agentliyi məlumat yayıb.

    “Təyyarələrin qəbulu və göndərilməsinə müvəqqəti məhdudiyyətlər tətbiq edilib”, - məlumatda deyilir.

    Qeyd olunur ki, məhdudiyyətlər uçuşların təhlükəsizliyini təmin etmək üçün zəruridir.