XƏBƏRLƏR / Münaqişə

İranda İsraillə münaqişədə ölən hərbçilərin dəfn mərasimidir

İRNA xəbər verir

İranda İsraillə münaqişədə ölən hərbçilərin dəfn mərasimidir
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • İsrailin İrana endirdiyi zərbələr zamanı həlak olanların dəfn mərasimi prezident Məsud Pezeşkianın iştirakı ilə paytaxt Tehranda başlayıb.

    Mərasim yerli vaxtla səhər saat 8:00-da 12 günlük İsrail-İran müharibəsində həlak olanların xatirəsini yas saxlamaq üçün yüz minlərlə insanın toplaşdığı İnlilab meydanında başlayıb.

    Prezident Pezeşkian həlak olan 60-a yaxın insanın dəfn mərasimində iştirak edib.

    İştirakçılar komandirləri, nüvə alimlərini və İsrailin İrana zərbələri zamanı həlak olanları məzara yola salmaq üçün küçələrə axışıblar.