XƏBƏRLƏR / Münaqişə

"Demək olar ki, bütün rəsmilər sağ və salamatdır"

İranın XİN rəhbəri Abbas Əraqçı ABŞ-ın NBC News telekanalına müsahibə verib VIDEO

"Demək olar ki, bütün rəsmilər sağ və salamatdır"
  • Oxuma müddəti:

    1 dəqiqə

  • İranın XİN rəhbəri Abbas Əraqçı ABŞ-ın NBC News telekanalına müsahibə verib. VIDEO

    Nazir İran rəhbərliyinin məhv edilməsi haqda suala cavab verib.

    Əraqçinin sözlərinə görə, demək olar ki, bütün rəsmilər sağ və salamatdır.
    İran xarici işlər naziri bildirib ki, "Bir və ya iki komandirimizi itirə bilərik, amma bu, böyük problem deyil".

    Əraqçi deyib ki, hələlik bizi qoruyan heç kimə ehtiyacımız yoxdur.
    "Biz özümüzü müdafiə etmək qabiliyyətinə malikik və bunu edəcəyik. Heç kimin köməyinə ehtiyacımız yoxdur", - deyə İran Xarici İşlər Nazirliyinin rəhbəri bildirib.

    "Biz min min illərdir mövcud olan böyük bir sivilizasiyaya malik böyük bir millətik.
    Özümüzü necə müdafiə edəcəyimizi bilirik və mütləq duruş gətirəcəyik", - deyə Əraqçı bildirib.

    "Biz uranı zənginləşdirmək hüququ da daxil olmaqla, hüquqlarımızdan imtina etməyəcəyik" - İran Xarici İşlər Nazirliyinin rəhbəri bildirib.