XƏBƏRLƏR / Münaqişə

İran ABŞ-la dialoqun bərpasını təsdiqlədi

Bu barədə İran hökumətinin sözçüsü Mühacərani məlumat verib

İran ABŞ-la dialoqun bərpasını təsdiqlədi
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • İran ABŞ-ın dialoqun bərpası üçün Tehrana təkliflər göndərdiyini təsdiqləyib.

    Hökumət iclasında İranın xarici işlər naziri Əraqçi Nyu-Yorka son səfərindən sonra ABŞ-ın təkliflərini təqdim edib.

    Bu barədə İran hökumətinin sözçüsü Fatimə Mühacərani məlumat verib. Onun sözlərinə görə, Əraqçi iclasda ABŞ-dan təklif aldığını açıqlayıb. O, İran tərəfinin bu məsələdə "xalqının maraqlarına sadiq qalacağını" vurğulayıb.