Netanyahu ABŞ-ın razılığı olmadan İrana zərbə endirə bilər
İranın nüvə obyektlərinə zərbələr endirilsə ABŞ strateji müttəfiqlərini dəstəkləməyə məcbur olacaq
Ukraynadakı müharibə fonunda Ağ Ev İsrailin İrandakı “sürprizlərindən” qorxur.
ABŞ administrasiyası və Pentaqon ehtiyat edir ki, ABŞ Ukraynaya yardım etməyə və Çinlə gərginliyi artırmağa diqqət yetirdiyi halda, İsrail Amerikanı İranla hərbi münaqişəyə cəlb edəcək (İsrailin ən böyük xəbər portalı Ynet yazır).
Bu, kəskin daxili siyasi böhranla üzləşən hökumət başçısı Netanyahu ABŞ-ın razılığı olmadan İranın nüvə obyektlərinə zərbələr endirmək qərarına gələrsə, mümkündür. Onlar da öz növbəsində Yaxın Şərqdəki əsas hərbi-strateji müttəfiqlərini dəstəkləməyə məcbur olacaqlar.
Belə bir ssenarinin yaşanmaması üçün ABŞ Silahlı Qüvvələrinin Birləşmiş Qərargah Rəisləri Komitəsinin rəhbəri general Milli ötən həftənin sonunda İsrailə səfər edib, ABŞ-ın müdafiə naziri Ostin isə ayın 9-da gələcək.