Hindistanda qılıncla rəqs edən qrup məscidi hədəf alıb
Maharaştra əyalətində hindu və müsəlmanlar arasında olan dini gərginlik daha da artıb
Hindistanda dini gərginlik: qılıncla rəqs edən qrup məscidi hədəf alıb.
Hindistanın Maharaştra əyalətində bir qrup hindistanlı dini mərasim zamanı məscidin qarşısında qılıncla rəqs edib və yüksək səsli musiqi çalıb. Bu hərəkətlər yerli müsəlman icmasını narahat edib və ərazidə gərginlik yaradıb.
Hadisəyə dair yayılan məlumatlara görə, bir neçə nəfər, əllərində qılınclarla məscidin qarşısına toplaşıb və rəqs edərək, silahları nümayiş etdiriblər. Yüksək səslə musiqi çalınması da ətrafda narahatlıq yaradıb.
Bu hərəkətlər Maharaştra əyalətində hindu və müsəlmanlar arasında olan dini gərginliyi daha da artırıb. Ərazidəki müsəlmanlar bu addımı qorxuducu və təxribat olaraq qiymətləndiriblər.
Sosial şəbəkələrdə yayılan görüntülər qrupun açıq şəkildə dini simvollarla məscidin qarşısına gəldiyini və soyuq silahlarla rəqs etdiyini göstərib.
1 dəqiqə