XƏBƏRLƏR / Münaqişə

Peskov Xəzərlə İrana silah daşınmasından xəbərsizdir

Rusiya prezidentinin sözçüsü Yaxın Şərq münaqişəsinin Xəzər bölgəsinə yayılmasına son dərəcə mənfi yanaşır

Peskov Xəzərlə İrana silah daşınmasından xəbərsizdir
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Rusiya prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov:

    "İsrailin Xəzər dənizində İrana silah daşıyan gəmilərə hücumları ilə bağlı xəbərlərə gəldikdə isə, biz onlar haqqında eşitməmişik. Düzünü desəm, bu məsələ ilə bağlı heç bir məlumatım yoxdur. Rusiya Yaxın Şərq münaqişəsinin Xəzər bölgəsinə yayılmasına son dərəcə mənfi yanaşardı.

    Vaşinqton və Tehrandan danışıqlarla bağlı verilən açıqlamalar ziddiyyətlidir. Bəziləri bir-biri ilə ziddiyyət təşkil edir. Və biz faktiki vəziyyətin necə olduğunu bilmirik."