Pakistan ABŞ-İran sülh danışıqlarına yeni təkan verir
Pakistan Ordusunun Qərargah rəisi Feldmarşal Munir İrana səfərindən sonra ABŞ-a yollanacaq YENİLƏNİB
16:40
Pakistan Ordusunun Baş Qərargah rəisi, feldmarşal Asim Munir cümə axşamı Tehranda İran Parlamentinin sədri Məhəmməd Bağır Qalibaf ilə görüşüb.
Çərşənbə günü İran paytaxtına gələn Munir, Pakistan Xarici İşlər Nazirliyinin, təhlükəsizlik qurumlarının nümayəndələrinin və texniki mütəxəssislərin daxil olduğu yüksək səviyyəli nümayəndə heyətinə rəhbərlik edir.
Nümayəndə heyətinin səfərinin əsas məqsədi ABŞ-a mesaj çatdırmaq və Tehranla Vaşinqton arasında mümkün ikinci danışıqlar raundu üçün çərçivəni müəyyən etməkdir.
***
12:22
Pakistan ABŞ-İran sülh danışıqlarının yeni mərhələsinə təkan verir.
Pakistanın Ordu Qərargah rəisi Feldmarşal Asim Munirin rəhbərlik etdiyi yüksək səviyyəli nümayəndə heyəti Tehran və Vaşinqton arasında yeni danışıqlar mərhələsinin mümkünlüyü ilə bağlı İran rəsmiləri ilə danışıqlar aparıb.

Bu barədə İranın XİN rəhbəri Abbas Əraqçı "X" çəbəkəsində yazıb.
Əl-Cəzirə xəbər verir ki, Munir Tehrandan sonra Vaşinqtona səfər edəcək.
Ağ Ev sözçüsü ABŞ və İran arasında danışıqların davam etdirilməsinə nikbinlik bildirib və gələcək danışıqların Pakistanın paytaxtı İslamabadda yenidən keçirilməsinin ehtimal olunduğunu bildirib.
1 dəqiqə