Xankəndidə vəziyyət daha da gərginləşib. Qarabağ separatçılarının başçısı Arayik Arutyunyan və qondarma rejimin “dövlət naziri” Qurgen Nersisyanın yaxın saatlarda istefa verə biləcəkləri gözlənilir.
Bu barədə Ermənistanın “Hraparak” nəşri məlumat yayıb.
Məlumatda daha sonra bildirilir ki, Arayik Arutyunyan və Qurgen Nersisyanın istefasından sonra separatçılara rəhbərlik müvəqqəti olaraq qondarma “Təhlükəsizlik Şurasının katibi” Samvel Şahramanyana keçəcək.