Bayden Varşavada çıxış edib
"Rusiya ən azı bir NATO ölkəsinə hücum edərsə, bu, bütün bloka hücum kimi qiymətləndiriləcək"
ABŞ prezidenti Co Bayden Rusiyanın Ukraynaya təcavüzünün birinci ildönümü ərəfəsində Varşavada çıxış edib.
Çıxışın tezisləri:
- Mən Kiyevdən təzə qayıtmışam, o ayaqdadır, güclüdür, ən əsası isə azaddır.
- Ukrayna müharibəsi İkinci Dünya Müharibəsindən sonra Avropanın ən böyük müharibəsidir
- Rusiyanın Ukraynaya qarşı müharibəsi ABŞ, Avropa və NATO üçün bir sınaq oldu
- Ukraynaya kömək etməkdən yorulmayacağıq
- Putin enerjidən silah kimi istifadə edə biləcəyini düşünürdü. Amma yox. Biz səfərbər olduq və Rusiyanın enerji resurslarından asılılığımızı azaltdıq
- Qərb ölkələri Rusiyaya hücum etmək fikrində deyildi
- Önümüzdəki günlər Ukrayna üçün çətin olacaq
- Rusiyanın cinayətlərinə görə cavab verməsi üçün lazım olan hər şeyi edirik. Biz bu müharibənin başlanmasında günahkar olanları məsuliyyətə cəlb edəcəyik. Biz müharibə cinayətləri və insanlığa qarşı cinayətlər törədənləri cəzalandıracağıq
- Əgər Rusiya ən azı bir NATO ölkəsinə hücum edərsə, bu, bütün bloka hücum kimi qiymətləndiriləcək. Biz NATO ərazisinin hər qarışını müdafiə edəcəyik
- ABŞ Ukraynaya kömək etmək üçün dünya üzrə 50-dən çox ölkəyə koalisiya toplayıb.
- 2024-cü ildə ABŞ ən güclü alyans olan NATO-nun sammitinə ev sahibliyi edəcək
- Amerikanın hər yerində Amerika evlərində Ukrayna bayraqları dalğalanır
- Biz qaranlığın deyil, azadlığın, köləliyin deyil, işığın tərəfindəyik