XƏBƏRLƏR / Münaqişə

Tramp Putinlə Ukraynanın bölünməsini müzakirə etməyəcək

Bu haqda “NBC News” məlumat yayıb

Tramp Putinlə Ukraynanın bölünməsini müzakirə etməyəcək
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • ABŞ prezidenti Donald Tramp ukraynalı həmkarı Volodimir Zelenski və avropalı müttəfiqlərinə Rusiya prezidenti Vladimir Putinlə Ukraynanın bölünməsini müzakirə etməyəcəyini deyib.

    Bu haqda “NBC News” mənbələrə istinadən məlumat yayıb.

    Belə ki, Tramp Avropa liderlərinə Putinlə Alyaskada görüşməkdə məqsədinin Ukraynada atəşkəs olduğunu bildirib.

    Telekanalın məlumatına görə, Tramp Avropa liderləri ilə telefon danışığı zamanı Putinlə heç bir torpaq mübadiləsini müzakirə etməyəcəyini deyib.

    Tramp və Avropa liderləri Ukraynada sülh danışıqlarına başlamazdan əvvəl atəşkəsin əldə edilməli olduğuna dair razılıq əldə ediblər.