Ermənistanın sülh müqaviləsi ilə bağlı yeni təklifləri var
Bunu Ermənistanın baş naziri Nikol Paşinyan hökumətin iclasında deyib
“Ermənistan iki ölkə arasında sülh sazişinin imzalanması ilə bağlı Azərbaycana yeni təkliflər təqdim edib”.
Bunu Ermənistanın baş naziri Nikol Paşinyan hökumətin iclasında deyib.
"Mən Ermənistanın sülh gündəliyinə sadiqliyini vurğulamaq istəyirəm. Sizə bildirməliyəm ki, biz Azərbaycan tərəfinə Ermənistan və Azərbaycan arasında sülh müqaviləsi ilə bağlı yeni təklifimizi göndərmişik", - o deyib.