Sülhməramlıların avtomobili aksiya ərazisindən sərbəst keçib
Xankəndidən gələn bir minik avtomobili Laçına gedib
Bu dəqiqələrdə Rusiya sülhməramlılarına məxsus bir avtomobil azərbaycanlı ekofəalların Laçın-Xankəndi yolunda dinc məqsədlə təşkil etdikləri aksiya ərazisindən sərbəst keçib. Xankəndidən gələn bir minik avtomobili Laçına gedib.
Azərbaycanlı ekofəallar etirazların ilk günündən humanist prinsiplərə sadiqdirlər. Heç də siyasi xarakter daşımayan bu aksiya Qarabağ ərazisində faydalı qazıntı yataqlarının istismarına qarşıdır.
Qeyd edək ki, dünən gün ərzində aksiya ərazisindən 71 avtomobilin sərbəst keçidi təmin olunub.