İran və ABŞ nüvə məsələsində mövqelərini yaxınlaşdırib
Bu barədə İranın xarici işlər naziri Abbas Əraqçi ABŞ-la danışıqlardan sonra danışıb

İranın xarici işlər naziri Abbas Əraqçi ABŞ-la danışıqlardan sonra tərəflərin nüvə məsələsində mövqelərinin yaxınlaşdığını açıqlayıb. Onun sözlərini İslam Respublikasının Didar Xəbər agentliyi sitat gətirir.
Diplomatın sözlərinə görə, müzakirələrin dördüncü raundu daha ətraflı olub: Tehran və Vaşinqton fikirlərinin üst-üstə düşməyən mövzulara toxunub və onlar bir-birlərinin mövqelərini daha yaxşı başa düşə biliblər.
“Deyə bilərik ki, danışıqlarda irəliləyiş əldə olunur”, - deyə nazir yekunlaşdırıb.