Aİ liderləri Ukrayna sülh planını müzakirə edib
Sammiti Avropa İttifaqı Şurasının prezidenti Antonio Koşta çağırıb YENİLƏNİB
17:15
Avropa İttifaqı Ukrayna Prezidenti Volodimir Zelenskini ehtiyac duyduğu bütün dəstəklə təmin etməyə hazırdır.
Bunu Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta Luandada keçirilən qeyri-rəsmi Aİ Liderləri görüşündən sonra çıxışında deyib.
“Cenevrədə ABŞ, Ukrayna və Avropa nümayəndələri arasında dünən keçirilən görüş mühüm irəliləyişdir. Bəzi mühüm məsələlər həll olunmamış qalır, amma istiqamət müsbətdir. Avropa İttifaqına birbaşa aid olan mövzularda Aİ tam olaraq iştirak etməli və qərar qəbul etməlidir. Ukrayna Avropanı seçib və Avropa Ukraynanın yanında dayanacaq” , - Koşta bildirib.
***
16:15
Bu gün Anqolanın paytaxtı Luandada Avropa İttifaqı dövlətləri liderlərinin iştirakı ilə Ukraynada sülh planı ilə bağlı qeyri-rəsmi sammit keçirilir.
Bu barədə Avropa mənbələri məlumat yayıb.
Məlumata görə, sammiti Avropa İttifaqı Şurasının prezidenti Antonio Koşta çağırıb.

Aİ-nin on lideri tədbirdə iştirak edir, digər liderlər isə video əlaqə vasitəsilə tədbirə qatılıblar.
"Qeyri-rəsmi sammit davam edir. Toplantıya Avropa İttifaqı Şurasının prezidenti rəhbərlik edir. Avropa Komissiyasının prezidenti Ursula von der Leyen, eləcə də Polşa, İspaniya, Çexiya, Portuqaliya, Almaniya, Xorvatiya, Slovakiya, Niderland, İtaliya və İrlandiya liderləri iştirak edirlər", – mənbə bildirib.
Eyni zamanda, Avstriya, Belçika, Bolqarıstan, Kipr, Danimarka, Estoniya, Yunanıstan, Finlandiya, Fransa, Macarıstan, Latviya, Litva, Lüksemburq, Malta, Rumıniya, Sloveniya və İsveç liderləri də onlayn toplantıya qatılıbrlar.
Gündəlikdəki əsas məsələ – Ukraynadakı sülh planı üzrə Aİ-nın mövqeyi, 23 noyabrda Cenevrədəki danışıqların nəticələri və Avropa İttifaqının gələcək birgə fəaliyyət planlarının müzakirəsidir.
1 dəqiqə