Ukrayna hərbi-siyası rəhbərliyi Kurskdakı vəziyyət haqda
Baş komandan Aleksandr Sırskinin ölkə prezidenti Volodimir Zelenskiyə məruzəsi VİDEO
Ukrayna ordusunun baş komandanı Aleksandr Sırski ölkə prezidenti Volodimir Zelenskiyə Kursk vilayətindəki əməliyyat haqqında məruzəsində bildirib ki, Ukrayna Silahlı Qüvvələri Kursk vilayətinin Sudja şəhərində düşmənin “axtarış və məhvini” başa çatdırıb. Sırskinin səhər hesabatının videosu Zelenskinin "Telegram" kanalında yayımlanıb.
“Bu gündən etibarən müəyyən istiqamətlərdə qoşunlar 1 km-dən 2 km-ə qədər irəliləyib. Sudja yaşayış məntəqəsində düşmənin axtarış və məhv edilməsi prosesi başa çatıb. Sutkanın əvvəlindən düşmənin 100-ə yaxın hərbçisi əsir götürülüb”, - Sırski bildirib.