XƏBƏRLƏR / Münaqişə

İsrail-Suriya danışıqları yenə Bakıda keçirilir

Bu barədə "Al Hadath" dərgisi xəbər yayıb

İsrail-Suriya danışıqları yenə Bakıda keçirilir
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • “İsrail nümayəndə heyəti Suriya ilə razılaşmaları yekunlaşdırmaq üçün Azərbaycana gedir” (Al Hadath).

    Bundan əvvəl "Axios" xəbər vermişdi ki, ABŞ, İsrail və Suriya iyulun 24-də Suriyanın cənubunda təhlükəsizliklə bağlı görüş keçirəcək.Bu, regionda son günlər gərginləşən və İsrailin Dəməşqə zərbə endirməsindən sonra ilk görüş olacaq. Görüşün yeri açıqlanmayıb.

    İyulun 21-də Azərbaycan Prezidentinin köməkçisi Suriya-İsrail danışıqlarının Bakıda keçiriləcəyini təsdiqləyib.