XƏBƏRLƏR / Münaqişə

Ukrayna Rusiyanın iri neftayırma zavoduna hücum edib FOTO

Nijni Novqorod vilayətinin Kstovo şəhərindəki "Lukoil-Nijeqorodnefteorgsintez" neft emalı zavodu yanır

Ukrayna Rusiyanın iri neftayırma zavoduna hücum edib FOTO
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Noyabın 1-i, bazar günü gecəsi Ukrayna dronları Rusiyanın Nijni Novqorod vilayətinin Kstovo şəhərindəki "Lukoil-Nijeqorodnefteorgsintez" neft emalı zavoduna hücum edib. Zavodda böyük yanğın baş verib. Hücum barədə Rusiya və Ukrayna Telegram kanalları məlumat yayıb.

    Nijni Novqorod vilayətinin qubernatoru Qleb Nikitin bildirib ki, dron hücumu nəticəsində Kstovski rayonundakı "sənaye obyekti" ciddi şəkildə zədələnib: "Nijni Novqorod vilayətində gecə və bu səhər böyük PUA hücumu baş verib: yüzdən çox dron məhv edilib. İlkin məlumatlara görə, itki olmayıb. Kstovski rayonundakı sənaye obyektinə ciddi ziyan dəyib". Hakimiyyət orqanları obyektin təbiətini dəqiqləşdirməyib.

    "Lukoil" şirkətinə məxsus Kstovo neft emalı zavodu Rusiyanın dördüncü ən böyük neft emalı zavodudur və ölkənin ən böyük avtomobil benzini istehsalçılarından biridir. Onun layihə gücü ildə təxminən 17 milyon ton neftdir.