İran yenidən ərazisinə hücum olsa, İsraili vurmağa hazırdır
Bunu İran Prezidenti Məsud Pezeşkian Əl-Cəzirə telekanalına müsahibəsində bildirib

İran Prezidenti Məsud Pezeşkian Əl-Cəzirə telekanalına müsahibəsində bildirib ki, Tehran beynəlxalq hüquqa uyğun olaraq uranı zənginləşdirməyə davam edəcək.
Eyni zamanda o, ölkənin nüvə silahı əldə etməyə can atmadığını vurğulayıb. ABŞ Prezidenti Trampın İranın nüvə silahı əldə etməməsi ilə bağlı açıqlamalarına münasibət bildirən Pezeşkian Tehranın bununla razılaşdığını qeyd edib. "Nüvə proqramımızın məhv edildiyi iddiası illüziyadır, çünki bizim imkanlarımız obyektlərdə deyil, alimlərimizin şüurundadır", - o əlavə edib.
Bundan əlavə, Pezeşkian bildirib ki, İran Yaxın Şərq ölkələri ilə birgə kollektiv təhlükəsizlik konsepsiyasının yaradılması üzərində işləməyə hazırdır: “Region ölkələri indiyədək heç vaxt bu müharibə zamanı olduğu kimi İrana dəstək mövqeyi tutmayıb”. O, bir daha xəbərdarlıq edib ki, Tehran yenidən İslam Respublikası ərazisinə hücum edəcəyi təqdirdə İsraili vurmağa hazırdır.