İranda yanğın və partlayışları İsrail qəsdən törədir
Bu barədə SEPAHa istinadən "New York Times" qəzeti yazır

Son həftələrdə İranda baş verən yanğın və partlayışların çoxu İsrail tərəfindən qəsdən törədilmiş təxribatdır. The New York Times
Bu barədə nəşr İrandakı mənbələrə, o cümlədən SEPAH nümayəndəsinə istinadən yazır. Qeyd olunur ki, İran yəhudi dövlətinə cavab vermək məcburiyyətində qalacağı “özünü çıxılmaz vəziyyətə” salmamaq üçün İsraili bu hərəkətlərə görə məsuliyyətdə ittiham etməkdən çəkinir.