XƏBƏRLƏR / Münaqişə

İran Çindən hava hücumundan müdafiə sistemləri alır?

Bu barədə "Reuters" xəbər verir YENİLƏNİB

İran Çindən hava hücumundan müdafiə sistemləri alır?
  • Oxuma müddəti:

    1 dəqiqə

  • 16:45

    "The Global Times" qəzetinin verdiyi məlumata görə, Çin Xarici İşlər Nazirliyi Çinin İrana 400 hava hücumundan müdafiə sistemləri verəcəyi ilə bağlı iddiaları rəsmi olaraq təkzib edib.

    Çin Xarici İşlər Nazirliyinin sözçüsü Mao Ninq bildirib ki, Çin həmişə sülhün tərəfdarı olub və gərginliyin azaldılması proseslərini asanlaşdırıb.

    O, "Bu məsələ ilə bağlı mövqeyimizi dəfələrlə aydınlaşdırmışıq, lakin bu məlumatlar faktlarla ziddiyyət təşkil edir və tamamilə əsassızdır", - deyə şərh edib.

    ***

    2026-07-29 15:12

    Reuters: İran yaxın həftələrdə Çindən ilk daşına bilən hava hücumundan müdafiə sistemlərini (Daşınan Zenit Raket Kopleksi) almağı planlaşdırır.

    Agentlik həmçinin bildirir ki, Tehran hava hücumundan müdafiə sistemini bərpa etmək və həssas hərbi və enerji obyektlərinin ətrafındakı zəiflikləri aradan qaldırmaq üçün bu qısa mənzilli sistemləri təcili olaraq alır.