XƏBƏRLƏR / Münaqişə

Kəlbəcər istiqamətində mövqelərimiz atəşə tutulub

Adekvat cavab tədbirləri görülüb

Kəlbəcər istiqamətində mövqelərimiz atəşə tutulub
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Avqustun 13-də saat 16:20-də  Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun  Mollabayramlı  yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub.

    Bölmələrimiz tərəfindən qeyd olunan istiqamətlərdə adekvat cavab tədbirləri görülüb.