Erməni bloger Azərbaycan Prezidentinə müraciət etdi
Natali Aleksanyan xahiş edir ki, imkan daxilində günahsız sakinlərin atəş altından çıxarılması və həyatlarının qorunması üçün təhlükəsiz dəhlizlər ayrılsın
Erməni bloger Natali Aleksanyan Azərbaycan Prezidentinə Qarabağ sakinləri üçün təhlükəsiz dəhlizlərin verilməsi xahişi ilə müraciət edib.
O, bu barədə öz Facebook səhifəsində paylaşım edib.
“Azərbaycan Prezidenti İlham Əliyevə müraciət!
Hörmətli cənab Prezident! Sizdən xahiş edirəm ki, Qarabağın günahsız sakinlərinin həyatını mümkün qədər qoruyasınız, uşaqların ölüm və yaralanmasının qarşısını alasınız. Sizdən xahiş edirəm ki, imkan daxilində onların atəş altından çıxarılması və həyatlarının qorunması üçün təhlükəsiz dəhlizlər ayırasınız.
Hörmətlə, Natali Aleksanyan”, - Aleksanyan yazır.
Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev də bəyan edib ki, antiterror tədbirləri zamanı mülki əhali hədəfə alınmır.
Azərbaycan Müdafiə Nazirliyi də ötən gün Qarabağ ermənilərinə müraciət edərək, Laçın və digər istiqamətlərdə humanitar dəhlizlərin açıldığını elan etməklə yanaşı, mülki şəxslərə də izah edib ki, Azərbaycan Silahlı Qüvvələrinin zərbələrinin hədəfi yalnız qanuni Ermənistan silahlı qüvvələrinin hədəfləridir.