Almaniya polisi “Sabah” qəzetinin baş redaktorunu həbs edib
Türkiyə XİN baş redaktoru və daha bir yüksək vəzifəli jurnalistin dərhal azadlığa buraxılmasını tələb edib
21:30
Almaniyada həbsdə olan türk jurnalistlər sərbəst buraxılıb.
Bu, Almaniya səfirinin Türkiyə Xarici İşlər Nazirliyinə çağırılmasından sonra baş verib.
***
Türkiyə qəzetinin baş redaktoru Almaniyada həbs edilib
Türkiyə Xarici İşlər Nazirliyi Almaniya səfirini çağıraraq bu səhər Almaniyanın Frankfurt şəhərində həbs edilən Türkiyənin “Sabah” qəzetinin baş redaktoru və daha bir yüksək vəzifəli jurnalistin dərhal azadlığa buraxılmasını tələb edib.
Həbs edilən jurnalistlərin polis nəzarətinə götürüldüyü və evlərində polis tərəfindən axtarış aparıldığı bildirilir.