Liviyada Ukrayna dronu Rusiyanın "Merkuri" korvetini batırıb
Bunu Ukrayna Prezidenti Zelenski özü etiraf edib YENİLƏNİB
11:39
Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın "Merkuri" korvetinin partladılasında məsuliyyəti öz üzərinə götürüb.
Zelenski Telegram kanalında yazır:
"Hər şey Liviya sahilləri yaxınlığında baş verdi. Əsgərlərimiz Ukrayna istehsalı olan yeddi dəniz dronundan istifadə etdilər. Düşmənin bütün dezinformasiya səylərinə baxmayaraq, Rusiyanın "Merkuri" korveti batırıldı və bu, onların ən yeni gəmilərindən biridir, 2023-cü ildə tammiqyaslı müharibə zamanı artıq xidmətə qəbul edilib. Korvetlə yanaşı, Ka-27 döyüş helikopteri də məhv edildi. İkinci hədəfimiz düşmənin silah daşımaq üçün istifadə etdiyi Rusiyanın MV ANGARA quru yük gəmisi idi. Nəticə vuruldu.
Biz təyin olunmuş su ərazilərində əməliyyatları davam etdiririk. Rusiyanın təcavüzünə cavab veririk. Biz Ukrayna silahlarını inkişaf etdiririk. Ukraynaya eşq olsun!"

****
08:16
Liviyanın Benqazi limanında Rusiya hərbi gəmisi, "Merkuri" korvetində güclü partlayış baş verib.
Korvetin hərbi yük daşıyan Rusiya ilə əlaqəli gəmiləri müşayiət etdiyi bildirilir.

Liviya hakimiyyət orqanlarının ilkin məlumatlarına görə, hadisəyə dron hücumu səbəb ola bilər. Hadisə yerində yanğın baş verib və gəmiyə ciddi ziyan dəyib.
Media xəbərlərinə və OSINT analitiklərinə görə, gəmi faktiki olaraq məhv edilib.
1 dəqiqə