İran nümayəndə heyəti bu axşam Pakistana gedir?
Sabah İslamabadda ABŞ-İran danışıqları keçirilməlidir
12:29
İranın Pakistandakı səfiri Rza Əmiri Müqəddəm "X" şəbəkəsindəki hesabında İran nümayəndə heyətinin Pakistana yollanacağı haqda yazdığı məlumatı pozub.

***
10:26
İran nümayəndə heyəti Pakistanın Baş naziri Şahbaz Şərifin dəvəti ilə bu axşam İslamabada gedəcək.
Bu barədə İranın Pakistandakı səfiri Rza Əmiri Müqəddəm sosial mediada yazıb.

Səfir qeyd edib ki, nümayəndə heyəti İranın təqdim etdiyi 10 bəndlik plan əsasında ciddi danışıqlar aparmaq niyyətindədir: "Həmin plan ABŞ-la danışıqlar üçün əsas çərçivə kimi irəli sürülüb və regional münaqişələrin dayandırılması, o cümlədən atəşkəs şərtlərini əhatə edir".

Səfir İsrailin diplomatik təşəbbüsü sabotaj etmək məqsədilə atəşkəsi dəfələrlə pozması səbəbindən İran ictimaiyyətinin şübhələrinə baxmayaraq, nümayəndə heyətinin danışıqlar üçün İslamabada səfər edəcəyini vurğulayıb.
Qeyd edək ki, keçiriləcək danışıqlarda İran nümayəndə heyətinə parlamentin sədri Məhəmməd Baqir Qalibaf rəhbərlik edəcək. Bu arada, Reuters xəbər verir ki, İranın xarici işlər naziri Abbas Əraqçi, Pakistanda ABŞ ilə sülh danışıqlarına Parlament sədri ilə birlikdə qatılacaq.
1 dəqiqə