Pakistanda dəhşətli terror aktı törədilib VIDEO/FOTO
Bəlucistan əyalətində kamikadze hücumu nəticəsində 52 nəfər həlak olub
"Dawn" qəzeti xəbər verir ki, Pakistanın Bəlucistan əyalətində kamikadze hücumu nəticəsində 52 nəfər həlak olub. VIDEO

50-dən çox insan yaralanıb. "Dawn" qəzeti ölənlər arasında bir polisin olduğunu yazıb. Rayon səhiyyə işçisi bu məlumatı təsdiqləyib.

İnsident Pakistanın cənub-qərbindəki Mastunq şəhərindəki məsciddə dini toplantıda baş verib.

Hücumun hədəfi Məhəmməd peyğəmbərin doğum gününü qeyd etmək üçün toplaşan yüzlərlə insanın korteji olub.

1 dəqiqədən az