Netanyahu: Savaşda ruh yüksəkliyini qoruyub saxlamalıyıq
İsrailin baş naziri Binyamin Netanyahu HƏMAS silahlılarının yəhudi dövlətinə hücumu ilə bağlı təcili iclas keçirib
Netanyahu İsrailin qələbəsi üçün üç hədəfin adını çəkib
Artıq xəbər verildiyi kimi, İsrailin baş naziri Binyamin Netanyahu HƏMAS silahlılarının yəhudi dövlətinə hücumu ilə bağlı təcili iclas keçirib.
İsrail hökumətinin başçısı fövqəladə kabinet iclasını açaraq deyib: “Səhər saatlarından İsrail dövləti müharibə vəziyyətindədir. Bizim əsas vəzifəmiz ilk növbədə ərazini ölkəyə soxulmuş düşmən qüvvələrindən təmizləmək, hücuma məruz qalan yaşayış məntəqələrində təhlükəsizliyi və asayişi bərpa etməkdir. İkinci məqsəd, birinciyə paralel olaraq, düşməni Qəzza zolağı da daxil olmaqla, böyük bədəl ödəməyə məcbur etməkdir. Üçüncü məqsəd başqa cəbhələrə sədd çəkməkdir ki, heç kim səhv edib ikinci cəbhə açmağa cürət etməsin. Biz müharibədəyik və müharibədə ağlımızı qorumalıyıq. “Mən ölkənin bütün vətəndaşlarını ümumi məqsədə - müharibədə qələbəyə nail olmaq üçün birləşməyə çağırıram”.