İranın Beyrutdakı səfiri peycerə görə bir gözünü itirib
Müctəba Əmaninin digər gözündən də ciddi zədə aldığı bildirilir VİDEO
İranın Beyrutdakı səfiri peycer partlaması nəticəsində bir gözünü itirib
İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) İranın Livandakı səfiri Müctəba Əmaninin peycer partlaması nəticəsində bir gözünü itirdiyini bildirir.
Onun digər gözündən də ciddi zədə aldığı bildirilir.
Sosial şəbəkələrdə Əmaninin hücumdan dərhal sonra Beyrut küçələrindən birində göründüyü iddia edilən VİDEO yayılıb. Onun köynəyində qan izləri var.
Səudiyyə Ərəbistanının “Alhadath” xəbər kanalı İranın Beyrutdakı səfirliyinə istinadən dünən Əmaninin “ümumi vəziyyətinin yaxşı” olduğunu və aldığı xəsarətlərin səthi olduğunu bildirib. Ancaq görünür, vəziyyət daha ciddidir.
Bundan əvvəl Əmaninin "mühafizəçilərindən birinə məxsus peycer partlaması nəticəsində üzündən və əlindən xəsarət aldığı" bildirilmişdi.
Diplomat müalicə üçün Tehrana aparılıb.
Qeyd edək ki, Livanda rabitə vasitələrinin partlaması nəticəsində ölənlərin sayı 11-ə çatıb. Ümumilikdə 4 minə yaxın insan xəsarət alıb.