XƏBƏRLƏR / Münaqişə

Türkiyəyə məxsus tanker Odessada dronla vurulub

Bu barədə "Habertürk" məlumat yayıb

Türkiyəyə məxsus tanker Odessada dronla vurulub
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Türkiyəyə məxsus maye qaz daşıyan tanker Odessada (Ukrayna) dron hücumu nəticəsində vurulub.

    Bu barədə "Habertürk" məlumat yayıb.

    Bildirilib ki, Ukraynanın Odessa vilayətindəki İzmail limanına yan alan və təxminən 4 min ton mayeləşdirilmiş qaz daşıyan "ORINDA" adlı gəmi vurulub. Gəminin dron hücumu nəticəsində zərbə aldığı qeyd olunub.

    Məlumata görə, heyət təxliyə edilib.