XƏBƏRLƏR / Münaqişə

Tramp Laricaninin öldürülməsinə şərh verdi

İran hələ də Ali Milli Təhlükəsizlik şurasının katibinin ölümünü təsdiq etməyib

Tramp Laricaninin öldürülməsinə şərh verdi
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Tramp Əli Laricani haqqında:

    "Əslində, onların yüksək vəzifəli şəxsi dünən öldürüldü.

    O, etirazçıların öldürülməsində məsul idi. Etirazlar vaxtı onun əmri ilə 22 min insan qətlə yetirildi."

    Qeyd edək ki, Əli Laricani siyasi karyerası boyunca, o cümlədən İran parlamentinin spikeri kimi mühüm vəzifələr tutub. O, nüvə proqramı və Çinlə strateji müqavilə üzrə baş danışıqçı kimi çalışıb, Rusiya ilə təhlükəsizlik məsələləri üzrə danışıqlar aparıb və fevral ayında qətlə yetirilən İranın Ali Lideri Əli Xameneinin adından yanvar ayında baş verən genişmiqyaslı etirazlar zamanı vəziyyətin sabitləşdirilməsinə cavabdeh olub.