XƏBƏRLƏR / Münaqişə

İsrail ordusu Qəzzaya hücuma başladı

Bu barədə İsrail Müdafiə Qüvvələri (IDF) məlumat yayıb

İsrail ordusu Qəzzaya hücuma başladı
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • İsrail Müdafiə Qüvvələri (IDF) Qəzza zolağının ələ keçirilməsi üçün Gideonun arabaları əməliyyatının ikinci mərhələsinə başlayıb və artıq onun ətraf ərazilərinə nəzarəti ələ keçirib. Bu barədə brifinqdə briqada generalı Effi Defrin bildirib.

    Onun sözlərinə görə, hərbçilər mülki şəxslərin təxliyəsi üçün dəhlizlərin yaradılması, eləcə də onların humanitar yardım və tibbi yardıma çıxışının təmin edilməsi üzərində işləyir.

    Gözlənilir ki, bu gün İsrailin Baş naziri Binyamin Netanyahu və müdafiə naziri İsrael Katz şəhərin tam ələ keçirilməsi planını təsdiq edəcəklər.

    Bir gün əvvəl, avqustun 8-də İsrail Təhlükəsizlik Kabineti Qəzzanın ələ keçirilməsi strategiyasını təsdiqləyib.