XƏBƏRLƏR / Münaqişə

İran parlamentinin sədri Donald Trampa hədə-qorxu gəldi

Məhəmmədbaqir Qalibaf ABŞ prezidentini qumarbaz adlandırdı və ona "unudulmaz dərs" verməyi vəd etdi

İran parlamentinin sədri Donald Trampa hədə-qorxu gəldi
  • Oxuma müddəti:

    1 dəqiqə

  • İslam Respublikası ritorikanı sərtləşdirir: İran parlamentinin sədri ABŞ-ni hədələdi

    Bu gün İran parlamentinin sədri Məhəmmədbaqir Qalibaf ABŞ-yə qarşı sərt hədələr səsləndirib. O, ölkəboyu etirazlara cavab olaraq hakimiyyətin təşkil etdiyi hökumətyönlü mitinqdə çıxış edərək mümkün qarşıdurma halında Vaşinqtona “unudulmaz dərs” veriləcəyini iddia edib.

    Qalibaf çıxışında ABŞ prezidenti Donald Trampa müraciət edərək SEPAH-ın Qüds qanadının öldürülmüş komandanı Qasım Süleymaninin fikirlərinə istinad edib. O, bildirib ki, İran xalqı Amerikanı öz düşməni hesab edir və hərbi qarşıdurmaya hazırdır. 

    “Qumarbaz Tramp biz sənin düşmənlərinik. Gəl və bölgədəki hər bir ABŞ bazasını necə məhv edəcəyimizi gör! İrana hücum et və bizim necə döyüş meydanının adamları olduğumuzun şahidi ol”, - deyə, Qalibaf vurğulayıb. 

    İran rəsmisi çıxışında “İranın müdafiəçiləri”nin hər yerdə mövcud olduğunu vurğulayıb. (IRIB News)