XƏBƏRLƏR / Münaqişə

Myanmada aviazərbə nəticəsində 49 nəfər ölüb

Daha 58 nəfər yaralanıb, onlardan 22-sinin vəziyyətinin ağır olduğunu açıqlanıb

Myanmada aviazərbə nəticəsində 49 nəfər ölüb
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Myanma hərbçiləri tərəfindən üsyançı qruplaşmanın nəzarətində olan, ölkənin qərbindəki Raxayn ştatındakı ərazidə bazarın yaxınlığına endirilən aviazərbə nəticəsində azı 49 nəfər ölüb, 58 nəfər isə yaralanıb.

    Bu barədə NBC qruplaşmanın və xilasetmə xidmətinin nümayəndələrinə istinadən məlumat yayıb.

    Onların açıqlamasına görə, hərbçilər ora iki bomba atıblar.

    Myanma ordusu hələ ki, bu zərbəni şərh etmir. Bundan əvvəl ordu hərbi hədəflərə zərbələr endirdiyini bildirmişdi.